Hindistanda ildırım düşməsindən 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb

Hindistanın şərqindəki Carkhand ştatındakı Qarhva dairəsində ildırım düşməsi nəticəsində 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Bu barədə "Report" "Hindustan Times"a istinadən xəbər verir.

Qeyd olunur ki, hadisə Loxarpurva kəndində baş verib. İldırımın 6 nəfərin  altında oturduğu ağaca düşməsi nəticəsində onlar ölüblər. Daha 2 nəfər Qarhva xəstəxanasında keçinib.

Ştat rəhbərliyi ölənlərin hər birinin ailəsinə 5,6 min ABŞ dolları məbləğində təzminat ödəyəcəyinə və zərərçəkənləri lazımi müalicə ilə təmin edəcəyini söz verib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09