Hindistanda hərbi helikopter qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə aid helikopter ölkənin şimal-şərqində qəzaya uğrayıb.

“Report” “CNN Turk”ə istinadən xəbər verir ki, məlumatı Hindistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, helikopterin göyərtəsində 6 nəfərlik uçuş heyəti olub.

Bildirilib ki, helikopter Çaten əyalətindən qalxaraq Mukutang şəhərinə uçurmuş. Ancaq əlverişsiz hava şəraitinə görə Hindistanın Sıkkım əyalətində yerə düşüb.

Nazirlik insan itkisinin olmadığını bildirib. Hadisə yerinə iki xilasedici helikopter göndərilib. Xilasedicilər qəza baş verən yerə hələ çatmayıb. Hadisə ilə bağlı araşdırma başlayıb.

Qeyd edək ki, Sıkkım əyaləti Hindistanın şimal-şərqində dağlıq ərazidə, Butan, Tibet və Nepalla sərhəddə yerləşir.

Digər xəbərlər