Hindistanda fişəng istehsal edən evdə partlayış olub, azı 6 nəfər ölüb

Hindistanın Bihar ştatında fişəng istehsal olunan evdə baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Saran rayonunda baş verib.

Partlayış nəticəsində evin bir hissəsi dağılıb. Səkkiz yaralı rayon xəstəxanasına çatdırılıb.

Polis dağıntılar altında insanların qala biləcəyini istisna etmir.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28