Bakı. 25 sentyabr. REPORT.AZ/ Hindistanda qeyri-leqal fəaliyyət göstərən pirotexniki vasitələr hazırlanan fabrikdə yanğın baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də Carxand vilayətinin Şərqi Sinqhbhum dairəsindəki Kumardubi yaşayış məntəqəsində evlərdən birində qeydə alınıb.
Yanğın nəticəsində yerli əhalinin qanunsuz şəkildə pirotexniki vasitələr istehsalını həyata keçirdiyi binanın bir hissəsi uçub.
Nəticədə azı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Hadisə yerində xilasetmə işləri davam edir, dağıntılar altında hələ də insanlar qala bilər.