Hindistanda fabrikdə partlayış baş verib, ölənlər var

Hindistanın Bihar əyalətində əriştə fabrikində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə NDTV kanalı yerli hökumət nümayəndələrinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 6 nəfər ölüb, daha 6-sı yaralanıb.

Qeyd edilir ki, Müzəffərpur rayonunda yerləşən müəssisədə suqızdırıcı qazan partlayıb.

Hadisə yerində xilasedicilər və polis işləyir.

Digər xəbərlər

Rusiyada helikopter sərt eniş edib 21 fevral, 2026 / 14:03