Hindistanda daşqın səbəbindən 15 minədək zəvvar təxliyə olunub

Hindistanda müqəddəs Amarnath mağara məbədinin yerləşdiyi ərazidən 15 minədək zəvvar təxliyə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, güclü musson yağışlarının səbəb olduğu daşqın azı 15 nəfərin həyatına son qoyub, 40-dan çox şəxs itkin düşmüş hesab olunur.

Təxliyə olunan şəxslər müvəqqəti düşərgəyə yerləşdirilir. Xilasedicilər itkin düşmüş şəxslərin axtarışını davam etdirir.

Digər xəbərlər

Rəfah keçid məntəqəsi açılıb 01 fevral, 2026 / 12:20