Bakı.22 oktyabr. REPORT.AZ/ Hindistanın qərbindəki Maharaştra əyalətində avtobusun yükmaşını ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli polisdən hadisənin səhərsaatlarında baş verdiyi bildirilib.
Məlumatagörə, avtobus Auranqabad şəhərindən Pune şəhərinə gedərkən sürücü qəfildən idarəetməniitirib və nəqliyyat vasitəsi yolun kənarında park edilmiş yük maşınına çırpılıb.
Yaralılaryaxınlıqdakı xəstəxanalara çatdırılıblar.