Hindistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. 21 noyabr. REPORT.AZ/ Hindistanın Oriss ştatnda ağır yol qəzası olub.

Bu barədə "Report" "Hindustan Times"a istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Kattak şəhəri istiqamətində hərəkət edən, içində 40-dan çox sərnişinin olduğu avtobus 9 metr hündürlüyü olan körpüdən aşıb. Məlumata görə, buna səbəb sürücünün yola çıxan öküzə görə əyləci qəfil basması olub. Nəticədə avtobus yolun kənarındakı maneəyə çırpılaraq körpüdən aşıb.

Qəza zamanı azı 7 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Hadisənin başvermə səbəbi araşdırılır.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28