Hindistan hərbi-kosmik təlimlər keçirəcək

Hindistan Silahlı Qüvvələri bu həftənin sonuna qədər ölkə tarixində ilk dəfə "IndSpaceEx" adlı hərbi-kosmik təlimlər keçirməyi planlaşdırır.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Hindistanın baş naziri Narendra Modi 2019-cu ilin mart ayında keçirilmiş peyk əleyhinə silah sınaqlarının ölkənin müdafiə qabiliyyətini artıracağını bildirib. Buna uyğun olaraq, "IndSpaceEx" Hindistan Silahlı Qüvvələrinin kosmosda münaqişənin kəskinləşməsinə mümkün cavablarını nümayiş etdirəcək", - hökumətdən bildiriblər.

Həmçinin qeyd edilib ki, Çinin artan hücum qabiliyyəti ilə əlaqədar Hindistan da kosmosda öz maraqlarının qorunması üçün şərait yaratmağa borcludur.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12