Hindistan Əfqanıstandakı konsulluğunu bağlayıb

Hindistan Əfqanıstanın Məzari-Şərif şəhərindəki konsulluğunu müvəqqəti olaraq bağlayıb.

“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, konsulluqdakı bütün diplomatlar ölkədən çıxarılıb.

Məlumata görə, konsulluq Məzari-Şərifdəki Hindistan vətəndaşlarının xüsusi təyyarə reysi ilə evlərinə çatdırılacaqlarını da elan edib.

Bildirilib ki, “Taliban” qruplaşması ötən həftə Məzari-Şərifə və rayonlara hücuma başlayıb.

Digər xəbərlər