HƏMAS təmsilçisi: BMT-nin atəşkəs qətnaməsini qəbul edirik

HƏMAS BMT Təhlükəsizlik Şurasının atəşkəs qətnaməsini qəbul edir və detallar üzərində danışıqlar aparmağa hazırdır.

“Report” “Reuters”a istinadən xəbər verir ki, bunu HƏMAS-ın rəsmisi Sami Əbu Zuhri deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının HƏMAS-ı atəşkəs üçün üç mərhələli girov mübadiləsinə dair təklifi ilə razılaşmağa çağıran qətnaməni qəbul edib.

Sami Əbu Zuhri əlavə edib ki, İsrailin buna əməl etməsini təminatı Vaşinqtondan asılıdır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09