HƏMAS-la qarşıdurma nəticəsində ölən israilli hərbçilərin sayı 306-ya çatıb.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Eyni zamanda Qəzzada HƏMAS-ın əlində olan əsir və girovların sayının da 203 nəfər olduğu açıqlanıb.
Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb. Ölənlərin 8-i azərbaycanəsillidir.