Fələstinin HƏMAS hərəkatı Qəzza bölgəsində həlak olmuş daha bir girovun cəsədini münasib şərait yaradıldığı təqdirdə, İsrail tərəfinə təhvil verməyə hazırdır.
"Report"un məlumatına görə, müvafiq bəyanatı hərəkatın hərbi qanadı - "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşması HƏMAS-ın "Telegram" kanalında yayıb.
"Daha bir girovun qalıqları çıxarılıb və yerdəki vəziyyət münasib olarsa, bu gün (Qırmızı Xaç əməkdaşlarına - red.) təhvil verilə bilər", - məlumatda qeyd olunur.