"HƏMAS" bazar ertəsi israilli girovları azad etməyə başlayacaq

Fələstinin "HƏMAS" hərəkatı bazar ertəsi səhər girovları azad etməyə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə AFP-yə müsahibəsində HƏMAS-ın sözçüsü Usama Hamdan bildirib.

"İmzalanmış sənədə əsasən, məhbus mübadiləsi razılaşdırıldığı kimi bazar ertəsi səhər başlamalıdır", - müsahib bildirib.

Agentlik qeyd edib ki, girovlar qaytarıldıqdan sonra İsrailin həbsxanalarından təxminən 2000 fələstinli məhbusu azad edəcəyi gözlənilir.

Digər xəbərlər