Haitidəki tropik fırtınalar nəticəsində ən az 5 adam ölüb

Karibin ən böyük adalarından biri olan Haitidə baş verən tropik fırtınalar nəticəsində ən az 5 adam ölüb. 

"Report" xəbər verir ki, bu barədə Frans-Press Agentliyinə yerli xilasetmə xidmətlərinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ölkənin paytaxtı Port-o-Prensedə iki nəfər həlak olub, xilasedicilər paytaxtın yaxınlığında "Siti Soley" şəhərində üç yerli sakinin cəsədlərini tapıblar.

Port-o-Prens şəhərinin yaxınlığında yerləşən evlərə ciddi ziyan dəyib. Nəticədə təxminən on nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Haiti paytaxtının üç sakini hələ də itkin düşüblər.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43