Haitidə təyyarə qəzaya uğrayıb, 6 nəfər həlak olub

Haitinin Port-o-Prens şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Agency France Presse” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı təyyarədə 6 nəfər olub. Onların hamısı qəzada ölüb.

İlkin məlumata görə, həlak olanlardan 2-si qonşu Dominikan Respublikasının vətəndaşlarıdır.

Hakimiyyət orqanları qəzanın səbəbləri ilə bağlı təhqiqat aparır.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08