Meksikada silahlı qruplaşmalar arasında atışma olub, ölənlər var

Bakı. 20 dekabr. REPORT.AZ/ Meksikada silahlı qruplaşmalar arasında atışma olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Tabasko ştatında, Uimanqilo-La-Venta şosesində baş verib. Boru kəmərlərindən yanacaq oğurlayan cinayətkar qruplaşmalar arasında baş verən atışma zamanı azı 6 nəfər həlak olub.

"MVS Noticias" portalı bildirib ki, 2 nəfər avtomobildə güllələnib. Daha 4 nəfər isə yolda öldürülüb.

Hadisə yerinə polis və hərbçilər cəlb edilib. Ştatın prokurorluğu ekspertiza aparır. 

Bir neçə gün əvvəl naməlum şəxslər Meksikada barı avtomat silahlardan atəşə tutub. 

Digər xəbərlər