Gürcüstanda deputatın maşını partlayıb, yaralananlar var

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Tbilisidə Gürcüstan parlamentinin deputatı Givi Tarqamadzenin avtomobilində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə parlamentari özü məlumat verib.

Onun sözlərinə görə, partlayış nəticəsində yoldan keçən bir neçə nəfər xəsarət alıb. Bundan əlavə, maşının arxa hissəsi ziyan çəkib. Tarqamadze qeyd edib ki, o və sürücüsü cüzi zərər çəkib.

Deputatın fərziyyəsinə görə, partlayış "məsafədən idarə olunan pult vasitəsi ilə törədilib".

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03