Güclü qar Yaponiyanın şimalında nəqliyyatın hərəkətini iflic edib

Rekord səviyyədə yağan güclü qar Yaponiyanın ən şimal adası olan Hokkaydonun inzibati mərkəzi Sapporoda dəmiryolu nəqliyyatının hərəkətini tamamilə iflic edib.

“Report” TASS-a istinadən xəbər verir ki, ümumilikdə 670-dək qatar yola çıxmayıb.

Sərnişin avtobuslarının 70%-i eyni səbəbdən işləmir.

Qeyd edək ki, şəhərin mərkəzinə 60 sm qalınlıqda qar yağıb.

Digər xəbərlər