ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) Minneapolisdəki katolik məktəbində baş verən atışma hadisəsini daxili terror aktı kimi qiymətləndirir.
"Report" xəbər verir ki, bu barədə FTB direktoru Keş Patelin "X"də dərc etdiyi bəyanatda deyilir.
O qeyd edib ki, FTB atışma ilə bağlı araşdırma aparır, hadisəni daxili terror aktı və katoliklərə qarşı nifrət cinayəti kimi qiymətləndirir.
Patel, həmçinin mediada atışmanın özünü transgender kimi təqdim edən 23 yaşlı Robin Uestman tərəfindən törədildiyi barədə xəbərləri təsdiqləyib.