FTB ABŞ-da İŞİD tərəfindən mümkün terror hücumları barədə xəbərdarlıq edir

Bakı. 24 dekabr. REPORT.AZ/ Federal Təhqiqatlar Bürosu (FTB) Milad günlərində ABŞ ərazisində İŞİD terrorçu qruplaşması tərəfindən terror aktlarının həyata keçirilməsi ehtimalı barədə xəbərdarlıq yayıb. Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

"FTB bəzi onlayn yazılarda Amerika kilsələrinə qarşı hücumlar etmək barədə çağırışlardan xəbərdardır. Həmişə olduğu kimi, FTB vəziyyətə nəzarət edir və bu təhdidlərin nə qədər ciddi olduğunu araşdırır", - Büronun məlumatında bildirilir.

Eyni zamanda, ABŞ Dövlət Departamenti, yüksək terror təhlükəsini əsas gətirərək, Amerika turistlərini İordaniya və Misirin bəzi rayonlarına səfər etməkdən imtina etməyə çağırıb. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09