“Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından, yəni fevralın 24-dən bəri bir milyona yaxın rusiyalı Avropa İttifaqının (Aİ) ərazisinə daxil olub”.
“Report” xəbər verir ki, bu barədə Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (“Frontex”) məlumat yayıb.
“Frontex”in məlumatına əsasən, fevralın 24-dən avqustun 22-dək 998 085 Rusiya vətəndaşı Aİ sərhədlərini keçib.