Fransua Olland prezident seçkilərində Emmanuel Makronun namizədliyini dəstəkləyib

Bakı. 24 aprel. REPORT.AZ/ Fransa Prezidenti Fransua Olland prezident seçkilərində Emmanuel Makronun namizədliyini dəstəkləyib. 

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

F.Olland keçmiş iqtisadiyyat naziri Makrona səs verəcəyini bildirib: "Çünki Makron Fransa xalqını birləşdirmək üçün ən yaxşı namizəd olduğunu bildirib"

Fransa prezidenti "Milli Cəbhə" Partiyasının lideri Marin Le Penin seçkilərin ikinci turuna çıxmasını ölkə üçün risk adlandırıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09