​Fransanın mərkəzində partlayış olub, bir nəfər yaralanıb

Bakı. 15 aprel. REPORT.AZ/ Fransanın paytaxtı Parisin mərkəzində baş verən partlayış nəticəsində bir nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, hadisə Paris-Yelisey çölü prospektində mənzillərdən birində baş verib. Partlayışla bağlı əlavə məlumat verilməsə də, onun məişət qazı balonun partlaması nəticəsində baş verdiyi ehtimal edilir. 

Digər xəbərlər

Kuba yenidən işıqsız qalıb 19 sentyabr, 2026 / 03:12