Fransanın 38 departamentində kəskin istilərlə əlaqədar "narıncı" dərəcəli hava xəbərdarlığı elan edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın milli meteorologiya xidməti məlumat yayıb.
Kəskin istilərin yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırılır. İyulun 17-də ölkənin cənub-şərq rayonlarında temperaturun 40 dərəcəyə çatacağı gözlənilir. Bütövlükdə ölkə ərazisində 30 dərəcə isti olacaq.
Meteoroloqların fikrincə, iyulun 19-da qeyri-sabit hava şəraiti indiki fövqəladə vəziyyətə son qoya bilər.