Fransada yanacağın qiymətinin artırılmasından imtina edilə bilər

Bakı. 5 dekabr. REPORT.AZ/ "Fransa hökuməti vətəndaş cəmiyyətləri, deputatlar, həmçinin həmkarlar ittifaqları ilə yanacaq və elektrik enerjisinin qiymətlərinə dair müzakirələrdə məqbul nəticələr əldə etməsə, qiymətləri qaldırmaq fikrindən daşınacaq".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Eduard Filip bildirib.

“Prezidentlə yanacaq və elektrik enerjisinin qiymətləri ilə bağlı olan vergi tədbirlərinin tətbiqini altı ay müddətinə təxirə salmaq qərarına gəldik”, - Baş nazir parlamentin aşağı palatasında çıxışı zamanı deyib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10