Fransada təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Bakı. 25 avqust. REPORT.AZ/ Fransanın cənub-şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin Sen-Remi-de-Moren şəhərciyində olub.

Şəhər valisi bildirib ki, uçuş zamanı iki nəfərlik təyyarə ağaca ilişib və qəza baş verib.

Təyyarənin göyərtəsindəki iki nəfərin turist olduğu ehtimal edilir. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10