Fransada terror aktı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Parisdə saat 12:00-da (Bakı vaxtı ilə saat 15.00) "Charlie Hebdo" satirik jurnalının redaksiyasında terror aktı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, tədbirlər ölkənin bütün şəhərlərində keçirilib.

Qeyd edək ki, ölənlərin xatirəsi Fransanın Azərbaycandakı səfirliyində də yad edilib. Səfirlikdə bayraqlar endirilib, başsağlığı kitabı açılacaq. 

Digər xəbərlər