Fransada qatarla avtomobil toqquşub, ölənlər və yaralananlar var

Fransanın Marna bölgəsinin Avene-Val-Deor kommunasında qatarla avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər ölüb, 4-ü yaralanıb.

“Report” xəbər verir ki, məlumatı yerli BFMTV yayıb.

Bildirilib ki, içərisində 24 sərnişin olan qatar Epernedən Reymsə doğru hərəkət edirmiş.

Hadisənin səbəbi araşdırılır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10