Fransada naməlum şəxs yoldan keçənlərə atəş açıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Fransanın Nitsa şəhərindəki liman yaxınlığında polis xüsusi əməliyyat keçirir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, polis yoldan keçənlərə atəş açan kişini axtarır.

Hazırda bölgə polis tərəfindən mühasirəyə alınıb.

Hadisənin detalları dəqiqləşdirilir.

Digər xəbərlər