Fransada meriyaya hücumla bağlı doqquz nəfər saxlanılıb

Fransa polisi Paris yaxınlığındakı Fren kommunasının meriyasına edilən basqın və dağıntılarla bağlı iş üzrə 9 nəfəri saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes "X" hesabında bildirib.

"Val-de-Marn departamentinin müstəntiqlərini apardıqları mükəmməl araşdırmaya görə təbrik edirəm", - o qeyd edib.

Xəbər verildiyi kimi, təxminən 20 nəfər Fren kommunasının meriya binasına basqın edərək bir neçə otaqda mebelləri sındırıb. Hücum zamanı onlar pirotexniki vasitələrdən istifadə ediblər.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12