Fransada məktəbli avtobusu qatarla toqquşub, ölənlər var

Bakı. 19 dekabr. REPORT.AZ/ Fransada məktəbli avtobusu ilə qatar toqquşub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şərqi Pireney departamentinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Milla kommunasında məktəbli avtobusu ilə qatarın toqquşması nəticəsində 6 nəfər ölüb.

Yuxarı Pireney jandarmeriyasının departamenti insan tələfatı ilə nəticələnən cinayətlə bağlı təhqiqat aparır.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10