Fransanın qərbində Nant şəhərindəki liseydə həmyaşıdı tərəfindən bıçaqla hücuma məruz qalan bir şagird həlak olub.
“Report” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
"Liseyin yuxarı sinif şagirdi bıçaqla azı dörd nəfəri yaralayıb, onlardan biri ölüb", - telekanalın məlumatında bildirilib.
Bildirilib ki, hücum edən şəxs 15 yaşlı gənc olub.