Fransada koronavirusdan ölən həkimlərin sayı artdı

Fransada daha iki həkim COVID-19 epidemiyasının qurbanı olub.

“Report”un Fransa bürosu xəbər verir ki, beləliklə ölkədə koronavirusdan ölən həkimlərin sayı 5-ə çatıb.

Dünən həyatını dəyişən həkimlərdən birinin 70, digərinin 68 yaşı olub. Onlardan biri Fransanın Haut-Rhin, digəri Haute-Saone regionlarında fəaliyyət göstərirdilər.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28