Fransada koronavirusa yoluxanların sayı 12 milyonu ötüb

Fransada koronavirus (COVID-19) infeksiyasına 296 097 yeni yoluxma faktı qeydə alınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir, analiz nümunələri müsbət çıxan 90 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 12 111 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 125 438 nəfər vəfat edib.

Hazırda Fransada 3 470 204 aktiv xəstə var. Müalicə alan 3 333 pasiyentin vəziyyəti ağırdır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10