Fransada isti havalar hökuməti AES-in bir neçə reaktorunu söndürməyə məcbur edib

Bakı. 4 avqust .REPORT.AZ/ Fransada qeydə alınan anomal istilərlə əlaqədar ölkə energetikləri atom elektrik stansiyalarının (AES) bir neçə reaktorunu söndürüb.

Bu barədə "Report" RT-yə istinadən xəbər verir.

KİV-in məlumatına görə, Rona çayı sahillərindəki Büje AES-in reaktorlarından biri avqustun 3-də söndürülüb, bundan bir gün əvvəl isə Sent-Alban AES-də reaktorlar dayandırılıb.

Qeyd edilir ki, bu, reaktorlarun soyudulması üçün istifadə olunan su hövzələrindəki suyun temperaturunun daha da artmasının qarşısını almaq məqsədilə edilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10