Fransada iki hərbçi təlimlər zamanı ölüb

Fransada iki hərbçi Men çayında dayvinq zamanı baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyinə prokurorluqdan bildirilib.

Hadisə bazar ertəsindən çərşənbə axşamına keçən gecə Anje şəhərində təlimlər zamanı baş verib.

24 və 30 yaşlı dalğıclar sualtı üzgüçülük üzrə hərbi təlimlərdə iştirak edirdilər.

İlkin məlumata görə, hər iki dalğıc çay üzərindəki körpü dayağının boşluğunda ilişib qalıb.

Digər xəbərlər