Bakı. 2 oktyabr. REPORT.AZ/ Fransada, təqribən, 200 polisin iştirakı ilə antiterror əməliyyatı keçirilir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, axtarışlar İslam təşkilatının qərargahında aparılır.
Prefekturanın məlumatına görə, bu gün səhər Qrand-Sent kommunasında terrorizmlə mübarizə çərçivəsində milli polis əməliyyat keçirir.
"Centre Zahra France" təşkilatının fəaliyyəti onun rəhbər şəxslərinin bir sıra terror təşkilatlarına verdikləri dəstəklə əlaqədar ciddi nəzarət altında idi", - prefekturanın məlumatında deyilir.