Fransada atışma nəticəsində 6 nəfər yaralanıb

Fransanın şimalındakı Amyen şəhərində baş vermiş silahlı insident nəticəsində 6 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, atışma bazar gününə keçən gecə yerli ictimai təşkilatın binasında və onun yaxınlığında olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

İnsidentin səbəbləri məlum deyil.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10