Fransa Zaporojye AES-in ətrafındakı ərazinin hərbsizləşdirilməsinə çağırıb

Fransa Zaporojye AES-in ətrafındakı ərazinin hərbsizləşdirilməsinin tərəfdarıdır.

"Report" xəbər verir ki, bu barədə Fransanın energetika naziri Aqnes Panye-Ryunaşe RTL radiostansiyasının efirində bildirib.

"Biz Zaporojye AES ərazisinin hərbsizləşdirilməsini qətiyyətlə tələb edirik. Bu, kollektiv şəkildə həll edilməli olan mühüm məsələdir", - Panyer-Ryunaşe bildirib.

O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron sentyabrın 10-da ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Parisin mövqeyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 11-nə keçən gecə Kiyev vaxtı ilə saat 03:41-də Zaparojye Atom Elektrik Stansiyasının (AES) sonuncu – altıncı bloku da dayandırılıb. Hazırda AES-in soyudulması prosesinə hazırlıq görülür. Zaparojye AES-in Ukrayna elektrik şəbəkəsi ilə bütün bağlantılarının bölgədəki döyüşlər səbəbindən zərər gördüyü qeyd edilir.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Enerqodarda yerləşən AES hazırda Rusiya qoşunlarının nəzarəti altındadır.

Digər xəbərlər