Fransa Dövlət Şurası Yeni Kaledoniyada “TikTok”un bloklanmasını qanuni hesab edib

Fransada ən yüksək inzibati nəzarət orqanı olan Dövlət Şurası Yeni Kaledoniyada “TikTok” sosial şəbəkəsini bloklamaqla bağlı hakimiyyətin qərarını qanuni hesab edib.

“Report” xəbər verir ki, müvafiq hökm Dövlət Şurasının saytında dərc olunub.

Şura bildirib ki, bütün digər sosial şəbəkələrin, eləcə də mətbuatın, televiziyanın və radionun əlçatan olduğu bir vəziyyətdə bu müvəqqəti bloklama arxipelaqda “təhlükəsizliyin bərpasına” töhfə vermək məqsədi daşıyır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10