ABŞ-nin Florida ştatının Neypls şəhərində kiçikhəcmli təyyarə avtomobillə toqquşub.
“Report” “Fox 13”ün Tampa bürosuna istinadən xəbər verir ki, təyyarə nəqliyyat vasitəsi ilə I-75 magistral yoluna enərkən çırpılıb.
Toqquşmadan sonra hadisə yerində yanğın başlayıb.
Hadisədə iki nəfər ölüb. Məlumata görə, təyyarənin tutumu 14 nəfərlik olub.