Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçi olub

Avropa indi Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi rolunu oynayır.

“Report” xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Yle” nəşrinə müsahibəsində deyib.

"Daha çox vasitəçilər var: əvvəllər bu rolu yalnız ABŞ oynayırdı, indi Avropa da iştirak edir. ABŞ bu münaqişədə vasitəçilik rolundan əl çəkməyib", - o deyib.

Stubb danışıqlarda iştirak baxımından Avropa üçün vəziyyətin yaxşı olduğunu, döyüşlərin dayandırılması və gələcək sülh sazişi ilə bağlı müzakirələrə qoşulmaq istədiyini bildirib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12