Filippinin Davao-de-Oro əyalətində dini mərasim zamanı baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “GMA News” telekanalı məlumat yayıb.
Yerli hakimiyyət orqanları iki nəfərin itkin düşdüyünü və axtarışların aparıldığını bildirib.
Xatırladaq ki, yanvarın 18-də Monkayo bələdiyyəsində dini mərasimin keçirildiyi binada torpaq sürüşməsi baş verib.