Filippində oteldə yanğın baş verib, 4 nəfər ölüb

Bakı. 18 mart. REPORT.AZ/ Filippinin paytaxtı Manilada oteldə baş verən yanğın nəticəsində azı 4 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə "Rappler" nəşri yazıb.

Bildirilir ki, daha 6 nəfər hadisə nəticəsində xəsarət alıb.

Əldə edilən məlumata görə, yanğın binanın təmir işləri aparılan ikinci mərtəbəsində başlayıb.

Qatı tüstü bütün əraziyə yayılıb. Nəticədə yaxın yolların bağlanması qərara alınıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10