Filippində tropik qasırğa nəticəsində ölənlərin sayı 167 nəfərə çatıb

Filippində 1,93 milyondan çox insan “Meqi” tropik qasırğasının təsirinə məruz qalıb, 167 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Respublikanın Risklərin Qarşısının Alınması və Təbii Fəlakətlərin Bərbəri üzrə Milli Şurasının dərc olunmuş hesabatında deyilir.

Agentliyin məlumatına görə, siklon 9 rayona yayılıb. 32,9 min nəfər əvvəlcədən təxliyə edilib. 110 nəfər itkin düşüb.

“Meqi” 10,3 min evə ziyan vurub, ilkin zərərin məbləği 709,5 min peso (13,5 min dollar) təşkil edib. 240 yol və 9 körpü zədələnib. 76 şəhərdə elektrik enerjisi, su təchizatında fasilələr qeydə alınıb.

Digər xəbərlər