Filippində daşqınlar nəticəsində 6 nəfər ölüb, 19 nəfər itkin düşüb

Filippində leysan yağışlar zamanı yaranan daşqınlar nəticəsində 6 nəfər ölüb, 19 nəfər itkin düşüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Filippinin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şura bildirib.

Məlumata görə, daşqınlar ölkənin 5 rayonunda 100,6 mindən çox insana ziyan vurub.

Bildirilib ki, 44,6 min nəfər 27 təxliyə mərkəzinə köçürülüb. Lakin 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, dörd rayonda 31 daşqın hadisəsi qeydə alınıb.

İnformasiyaya əsasən, daşqın nəticəsində 94 avtomobil yoluna ziyan dəyib, onlardan 14-ü keçilməz haldadır. 36 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınsa da, 31 şəhərdə artıq bərpa olunub. İlkin məlumatlara görə, 48 evə ziyan dəyib.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45