Filippinin cənubunda 6,6 maqnitudalı zəlzələ olub.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Filippin Dövlət Seysmoloji Agentliyi (Phivolcs) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar bazar ertəsi Mindanaodakı Qubernator-Xeneroso bələdiyyəsindən 164 kilometr cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin ocağı 86 kilometr dərinlikdə yerləşib.