Filippində 241 sərnişini daşıyan təyyarə tüstülənərək təcili eniş edib

Bakı. 19 mart. REPORT.AZ/ Filippində sərnişin təyyarəsi pilotun kabinəsində yaranan tüstülənmə səbəbindən paytaxt Manila aeroportuna təcili eniş edib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində 254 nəfər olub - 241 sərnişin və 13 heyət üzvü.

Layner paytaxt aeroportuna uçuşdan 10 dəqiqə sonra qayıdıb. Zərərçəkənlər barədə məlumat verilmir. Yanğının səbəbi məlum deyil.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12