Filippində baş vermiş zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb

Bakı. 14 aprel. REPORT.AZ/ Filippin adalarından olan Mindanao sahillərində baş vermiş zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Assoşieyted Press" agentliyi xəbər yayıb.

Yeraltı təkanların episentri Mindanao adasındakı Siokon yaşayış məntəqəsindən 28 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub. 

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45